www.science.az
09.06.2015 09:38

Wi-fi suvarma suya qənaət edir

Wi-fi suvarma su ehtiyaclarını ödəməyə yardımçı olacaq. Belə ki, mövcud avtomatik suvarma sistemi Rachio şirkətinin istehsalı olan Wi-fi suvarma sistemi ilə əvəz olunacaq. Bu sistem internetə qoşularaq ev sahiblərinə suvarmanı smartfonla idarə etməyə imkan yaradacaq. Suyun səmərli istifadəsini artıran digər funksiyalarla yanaşı, aparat su sərfinə 30 faizə qədər qənaət edir.

Proqramçı mühəndislər olan Kris Klein və Franz Garsombke aparatı 2012-ci ildəki Kolorado quraqlığından sonra yaratmaq fikrinə düşüblər. İnternetə qoşula bilən bu smart aparat hava haqqında da məlumat verir və yağış yağan zaman suvarma dayandırılır. Həmçinin Rachio smart suvarma hər mövsümə görə suvarmanı uyğunlaşdırır ki, bu da su udulmasına və otların köklərinin dərindən inkişafına şərait yaradır.

Aparatdan quraq ölkələrin sakinləri, eləcə də ev sahibləri su ödənişlərini azaltmaq məqsədilə yararlana bilər.

www.news.discovery.com