Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dağılma mexanikasına fraktal yanaşma” adlı monoqrafiya işıq üzü görüb
09.06.2015 10:03
  • A-
  • A
  • A+

“Dağılma mexanikasına fraktal yanaşma” adlı monoqrafiya işıq üzü görüb

Görkəmli Azərbaycan alimləri, akademik Arif PaşayevƏhəd Canəhmədovun birgə qələmə aldıqları “Dağılma mexanikasına fraktal yanaşma” monoqrafiyası nəşr olunub.

“Apostroff” nəşriyyatında çapdan çıxmış monoqrafiyada materialların səth laylarının elastik-plastik deformasiyalarının fiziki qanunauyğunluqlarına baxılıb. Sinergetika və fraktal strukturların nəzəriyyəsi nöqteyi-nəzərindən materialların səth və səthaltı laylarında elastik-plastik deformasiyasının xüsusiyyətlərinə təsirli olan əsas amillərin analizi göstərilib. Fraktallar nəzəriyyəsi nöqteyi-nəzərindən dağılma kinetikası təhlil olunub, metallar və ərintilər deformasiyalarının mexaniki xassələri və böhran vəziyyətləri ilə dağılmadan öncə onların zonasının dissipativ strukturunun fraktal ölçüsünün əlaqələri müəyyənləşdirilib. Nəşrdə, həmçinin mikroçatların qovuşma prosesinin multifraktal xarakteri təsvir olunub.

Monoqrafiya dağılma mexanikasının fiziki möhkəmliyi ilə məşğul olan elmi və mühəndis–texniki işçilər, aspirantlar və yuxarı kurs tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: