Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat İnstitutunda görkəmli alim Vəli Osmanlının xatirəsi anılıb
04.06.2015 09:25
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda görkəmli alim Vəli Osmanlının xatirəsi anılıb

AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim Vəli Osmanlının 80 illik yubileyinə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli V.Osmanlının Azərbaycan ədəbiyyatşünaslıq elmindəki mövqeyi, elmi yaradıcılığı barədə məruzə ilə çıxış edib.

Daha sonra professor Tahirə Məmmədinin V.Osmanlının Azərbaycan romantizminin tədqiqatçısı, nəzəriyyəçi alim kimi ədəbiyyatşünaslığımızda tutduğu mövqeyi barədə məruzəsi dinlənilib.

Tədbirdə professorlar Məhərrəm Qasımlı, Himalay Qasımov, Aqşin Babayev və başqaları V.Osmanlının elmi fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Mərhum alimin həyat yoldaşı, filologiya elmləri doktoru Sara Osmanlı tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə Ədəbiyyat İnstitutunun əməkdaşları, respublikanın tanınmış ədəbiyyatşünas alimləri, V.Osmanlının dostları və ailə üzvləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: