www.science.az
02.06.2015 15:39

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi Cənubi Koreyaya səfər edib

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iyunun 1-də Cənubi Koreyaya səfər edib. Məqsəd Cənubi Koreyanın INNOPOLİS Fondunun mütəmadi olaraq təşkil etdiyi XIV STP (Elm və Texnologiya Parkları) Təlim proqramında iştirak etməkdir.

Proqram çərçivəsində elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması, elm və texnologiya parkları ilə bağlı müvafiq sessiyalarda dünya və Cənubi Koreya təcrübəsi barədə təlimlər keçiriləcək.

İyunun 13-dək davam edəcək səfər çərçivəsində AMEA ilə Cənubi Koreyanın elmi-tədqiqat institutları və İNNOPOLİS Fondu arasındakı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə müzakirə və görüşlərin keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir