www.science.az
01.06.2015 15:34

Geologiya və Geofizika İnstitutunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunmuş tədbirdə 100-ə yaxın azyaşlı və məktəbli uşaq iştirak edib. Şuranın rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov institutun balaca qonaqlarını salamlayıb və onlara sağlam, intellektual gələcək arzulayıb.

Sonra sehirbaz və klounların təqdimatında hazırlanmış musiqili-əyləncəli proqramlar nümayiş etdirilib. Hədiyyələr və xatirə şəkilləri ilə tamamlanan tədbir institutun balaca qonaqlarına unudulmaz gün bəxş edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir