Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2015 03:11
  • A-
  • A
  • A+

ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondunun icraçı direktoru Milli Azərbaycan Tarixi Muzeyində olub

ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondunun icraçı direktoru Milli Azərbaycan Tarixi Muzeyində olub

Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ” Fondunun icraçı direktoru, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, ictimai xadim xanım Diana Kohen Altman AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Qonaq muzeyin direktoru, akademik Nailə Vəlixanlı və direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova ilə görüşüb. Səmimi və işgüzar şəraitdə keçən görüşdə ölkələr arasındakı mədəni əlaqələr müzakirə edilib.

Diana Kohen muzeyin ekspozisiyası, H.Z.Tağıyevin ev muzeyi ilə də yaxından tanış olub. Muzeyin direktoru qonağa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi ilə bağlı ekspozisiya bölməsi haqqında məlumat verib.

D.Kohen öz növbəsində rəhbərlik etdiyi fondun fəaliyyətində Azərbaycan  tarixi, mədəni irsi və adət-ənənələrinin təbliği istiqamətində görülən işlərdən danışıb.

Görüş zamanı “Qarabağ” Fondunun həyata keçirdiyi layihələr, görüləcək işlər barədə məlumat verilib, bir sıra təkliflər səsləndirilib.

Sonda qonaq Qarabağa həsr olunan musiqili CD-ni muzeyə hədiyyə edib.

Qeyd edək ki, 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılan “Qarabağ” Fondu qeyri-hökumət təşkilatlarına verilən yüksək statusa sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini ABŞ-da təbliğ etməkdir. Bu istiqamətdə Fond müxtəlif sərgilər, layihələr, forumlar, kitabların nəşri, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: