www.science.az
27.05.2015 13:33

CNR və AMEA birgə müsabiqə elan edir

İtaliyanın Milli Tədqiqatlar Şurası (CNR) ilə AMEA arasında 2011-ci ildə  imzalanmış elmi əməkdaşlığa dair Sazişə əsasən birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə 2015-2016-cı illər üçün müsabiqə elan olunur. Müsabiqənin şərtlərinə əsasən Azərbaycan alimləri İtaliyada öz tədqiqat sferalarına uyğun həmkarlar tapmalı, layihənin mövzusunu razılaşmalı və lazımi məlumatları həmin tərəfdaşlara (kollaboratorlara) təqdim etməlidirlər. İtaliyadan olan tərəfdaş isə öz növbəsində müvafiq qaydada layihəyə dair sənədləri ümumiləşdirərək CNR-ə təqdim etməlidir. Eyni zamanda AMEA-dan olan tərəfdaşlar akademiyanın Beynəlxalq Əlaqələr İdarəsinə (babayev74@gmail.com ünvanına) layihə haqqında xülasə, mövzunun adı (Azərbaycan və ingilis dillərində), kollaboratorun adı, işlədiyi müəssisənin adı, layihə iştirakçıların adları və digər müvafiq məlumatları göndərməlidirlər.

CNR ilkin məlumat və nəticələr barədə AMEA-ya müvafiq məlumat verəcəkdir. Layihələrin təqdim edilməsi üçün son tarix 30 sentyabr 2015-ci il müəyyən edilib.

CNR haqda ətraflı məlumatı http://www.cnr.it/ saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir