Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA prezidenti “EaZy Solutions” şirkətinin nümayəndəsini qəbul edib
26.05.2015 13:59
  • A-
  • A
  • A+

AMEA prezidenti “EaZy Solutions” şirkətinin nümayəndəsini qəbul edib

AMEA prezidenti, akademik Akif Əlizadə dünyanın aparıcı nəşriyyat evlərindən olan “EaZy Solutions” şirkətinin nümayəndəsini qəbul edib. Görüşün keçirilməsində məqsəd şirkətlə AMEA arasında əməkdaşlıq perspektivlərinin, kadr və təcrübə mübadiləsinin müzakirəsi idi. 

“EaZy Solutions” dünyanın aparıcı nəşriyyat və yayım evləri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərən, onların məhsul və xidmətlərini dünyanın bir çox universitet və elmi müəssiələrinə təqdim edən şirkətdir. Bunlara misal olaraq “Cambridge University Press”, “De Gruyter”, “JSTOR” və digər nəşriyyatların adlarını çəkmək olar.

Görüşdə çıxış edən akademik Akif Əlizadə AMEA ilə  “EaZy Solutions” şirkəti arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini  bildirdi. Alim elektron nəşrlərdən istifadənin Azərbaycan alimləri üçün faydalı olacağına, onların elmi nailiyyətlərinin dünyada tanınmasına imkan yaradacağına əminliyini ifadə edib. Müasir dünyanın tələblərinə uyğun olaraq ən son elmi nailiyyətlərə dair kitab, jurnal və digər nəşrlərin alimlərimiz üçün olduqca vacib olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan alimlərinin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədilə müvafiq sahədə seminar və treninqlərin təşkili, birgə layihələrdə iştirak istiqamətində müzakirələr aparılıb. Qərara alınıb ki, elmi nəşriyyatların xidmət və məhsullarından istifadəni aşılamaq, eləcə də respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri müzakirə etmək məqsədilə oktyabr ayında dəyirmi masa keçirilsin. Yerli və xarici mütəxəssislərin iştirakı ilə baş tutacaq görüşdə dünyanın tanınmış beynəlxalq elmi bazalarına giriş, onların nəşrlərində məqalələrin dərci və s. məsələlərə dair təqdimat və məruzələrin reallaşdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: