www.science.az
10.12.2013 00:00

EİF-in müsabiqələrinin qalib layihələrinin rəhbərləri ilə görüş keçiriləcək

AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində 2013-cü ildə keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi və Fondun UNESCO üzrə AR-in Milli Komissiyası ilə birlikdə keçirdiyi 2-ci “Şuşa Qrantı” müsabiqəsinin qalib layihələrinin rəhbərləri ilə təqdimat xarakterli ənənəvi görüş keçiriləcək.

Tədbirdə 1-ci “Şuşa Qrantı” müsabiqəsinin qalibi olmuş “Qarabağ geyimləri” adlı layihənin hesabat tipli təqdimatı, gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalibi olmuş “Şabalıdyarpaq palıdın dendroxronoloji tədqiqi” layihəsinin elmi nəticələri haqqında çıxış olacaq. 

Tədbir 11 dekabr 2013-cü il tarixində saat 11:00-da “Hilton Baku” hotelinin “Yaqut” zalında keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.