www.science.az
26.05.2015 12:45

AMEA Mərkəzi Nəbatat Bağının Qızılgüllər kolleksiyasının kataloqu çapdan çıxıb

AMEA Mərkəzi Nəbatat Bağında təşkil olunmuş “Qızılgül” sərgisinin kataloqu çapdan çıxıb.

AMEA-nın 70 illiyinə həsr olunmuş kataloqa Mərkəzi Nəbatat Bağında Rosa L. Cinsinin qədim və müasir bağ qruplarında təmsil olunan qızılgüllərin ən yaxşı növləri, sortları və hibrid toxmacları daxil edilib. Bunlar xarici ölkələrin (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Hollandiya, Ukrayna, Rusiya, Qazaxstan və s.), həm də bağın kultivarları tərəfindən introduksiya olunub, seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilib.

Kataloqun tərtibçiləri Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının müdiri, b.ü.f.d. Asəf İsgəndərov, bu müəssisənin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Vahid Fərzəliyev, Çiçəkçilik laboratoriyasının elmi işçisi Ofeliya Qafarova və bağın aqronomu Rafiq Əliyevdir.

Kataloqdan gülçülər, bağbanlar, aqronomlar, yaşıllaşdırmada, landşaft memarlığı sahəsində çalışan mütəxəssislər faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir