Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nyu-York nəşriyyatı tərəfindən çap olunan kitaba Azərbaycan aliminin yazdığı fəsil daxil edilib
24.05.2015 09:22
  • A-
  • A
  • A+

Nyu-York nəşriyyatı tərəfindən çap olunan kitaba Azərbaycan aliminin yazdığı fəsil daxil edilib

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Robert Əsədulla oğlu Qarayev tərəfindən yazılmış fəsil “Nova Science Publishers Inc” (USA: N.Y.) nəşriyyatında çap olunan “Knowledge Engineering. Principles, Methods and Applications” kitabında dərc olunmuşdur.

Fəslin nəşri üçün dəvət kitabın redaktoru prof. Alfonso Perez Gama tərəfindən olunmuşdur.

Kitabın “Cognitive Approach and its Application to the Modeling of Strategic Management of Enterprises” (Koqnitiv yanaşma və onun müəssisələrin strateji menecmentinin modelləşdirilməsinə tətbiqi) fəslində son zamanlar dünya idarəetmə elmində fəal inkişaf edən koqnitiv yanaşmanın metodologiyasına və tətbiqi imkanlarina baxılır.   

Koqnitiv yanaşmanın ideya və metodları idarəetmə elminin yeni paradiqmasını əks etdirir və müasir real aləmin mürəkkəb obyektlərinin effektif idarə olunması üçün unikal imkanlar  açır. Bu obyektlərin vacib fərqləndirici xüsusiyyətləri bunlardır: çox kriteriyalılıq, çox faktorluq, dinamiklik, qeyri-müəyyənlik. Belə xüsusiyyətlər bu tip obyektlərin ənənəvi iqtisadi-riyazi vasitələrlə modelləşdirilməsi imkanını istisna edir.

Fəsildə bugün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, o cümlədən, Azərbaycanın iqtisadi inkişafının əsası olan kiçik və orta müəssisələrin strateji menecment məsələlərinə koqnitiv yanaşmanın tətbiqinin nəticələri göstərilmişdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: