www.science.az
05.12.2013 00:00

“XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Dekabrın 6-da saat 11:00-da “Happy İnn” hotelində Azərbaycanı iki yerə parçalamış mənfur Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr edilmiş “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniya və başqa ölkələrdən 80-ə yaxın alimin iştirakı gözlənilir.

İki gün davam edəcək konfrans öz işini plenar iclas və dörd bölmə üzrə davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.