Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“XXI əsr fəlsəfəsinin problemləri” adlı kitab rus dilində çapdan çıxıb
25.05.2015 07:49
  • A-
  • A
  • A+

“XXI əsr fəlsəfəsinin problemləri” adlı kitab rus dilində çapdan çıxıb

Əməkdar elm xadimi, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, “Şərq fəlsəfəsi problemləri” jurnalının baş redaktoru, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin Almaniyanın “Palmarium academic publishing” nəşriyyatı tərəfindən “Проблемы философии XXI века” (XXI əsr fəlsəfəsinin problemləri) adlı kitabı rus dilində işıq üzü görüb.

XXI əsr fəlsəfə problemlərinə həsr olunmuş kitab məqalələr toplusu şəklindədir və mənəvi mədəniyyət və fəlsəfə tarixi, eləcə də fəlsəfənin aktual və mübahisəli problemlərinin tədqiqinə həsr edilib. Kitabda bir sıra mühüm məsələlərin təsvir və dəyərləndirilməsi yeni mövqelərlə əks olunub. Müəllif ümumvəhdət fəlsəfəsi konsepsiyasına elmin nailiyyət və fərziyyələrindən çıxış edərək yeni tərif verir və həmin konsepsiyanı komparativistika və Lütfi Zadə təlimi ilə vəhdətdə fənnlərarası elmi tədqiqat metodologiyasının müzakirəsi kimi təklif edir. Kİtabda "Elmi tədqiqatın konsepstual problemləri", "Şərq fəlsəfəsinin tədqiqi problemləri", "Azərbaycanşünaslıq", "Etnos, etnomədəniyyət, etnokonfliktlər" adlı bölmələr yer almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: