Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

22.05.2015 12:14
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Mayın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın müxbir üzvü, mərhum Ağasəlim Ələsgərovun redaktəsi ilə nəşr olunan "Azərbaycanın xarici iqtisadi əlaqaləri: nailiyyətlər və perspektivlər" kitabının təqdimatı keçirilib.

Respublikanın tanınmış iqtisadçı alimlərinin qatıldığı tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov A.Ələsgərovun həyatı və elmi fəaliyyəti, institutun bir qrup əməkdaşının onun xatirəsinə ehtiram əlaməti olaraq capa hazırladıqları kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, kitab prof. A.Məhərrəmov, i.e.n. F.Qənbərov və f.f.d. M.Güləliyevin redaktorluğu ilə hazırlanıb.

Tədbirdə A.Ələsgərovun elmi fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən akademik Ziyad Səmədzadə, İctimai Elmlər Bölməsinin akademik-katibi vəziifəsini i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, professor Tofiq Quliyev, f.f.d. M.G.Güləliyev və i.f.d. F.Ə.Qənbərov Ağasəlim Ələsgərovla bağlı xatirələrini bölüşüblər, alimin Azərbaycan iqtisad elminin inkişafındakı xidmətlərindən söz açıblar.

Sonda çıxış edən alimin qızı Aygün Ələsgərova atasının xatirəsinə həsr olunmuş kitabın nəşrinə görə AMEA İqtisadiyyat İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: