Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsində elmi-praktiki seminar keçirilib
19.05.2015 09:19
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində elmi-praktiki seminar keçirilib

AMEA Rəyasət Heyətinin Aparatının Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev, idarənin Kadrlar şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Dilguşə Mirzəyeva və  Qanunvericilik Təminat şöbəsinin rəisi Aygün Arifli AMEA Naxçıvan Bölməsində olublar. Məqsəd kargüzarlıq işlərinin və kadr məsələlərinin qanunvericiliyin tələblərinə uyğunluğu barədə metodiki-praktik köməklik göstərmək idi.  

Bu məqsədlə mayın 14-də Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin iştirakı ilə elmi-praktiki seminar keçirilib. 

Tədbirdə akademik İsmayıl Hacıyev elmi-praktiki seminarın əhəmiyyətindən danışıb, göstərilən təşəbbüsə görə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və Rəyasət Heyətinin Aparatının Hüquq və Kadrlar İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

 Sonra Hüquq və Kadrlar İdarəsinin rəisi,  hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev ölkə Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müsəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin “Azərbaycan Respublikasının əmək məcəlləsində dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli qanunun və bu qanunun tətbiqi barədə AR Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanı və həmin fərmanın icrası ilə əlaqədar olaraq qəbul edilmiş AR Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarının tələblərini  iştirakçıların nəzərinə çatdırıb. R.Ağasıyev qeyd edilən normativ hüquqi aktların tələblərinə uyğun işçilərlə yenilənmiş əmək müqavilələrinin bağlanılmasını və bu barədə bildirişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasının zəruriliyini vurğulayıb.

Sonda R.Ağasıyev seminar iştirakçılarının suallarını cavablandırıb.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: