www.science.az
19.05.2015 08:32

AMEA-nın müxbir üzvü Nərgiz Axundova “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalı ilə təltif olunub

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.

Mayın 15-də Tarix İnstitutunda bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun iştirakı ilə “Avropa Nəşr Mətbu Evi”nin nümayəndəsi Sahilə Abdullayeva tərəfindən Qızıl medal və diplom alimə təqdim edilib.

N.Axundova bu mükafata cəmiyyətdəki fəal ziyalı mövqeyi, uğurlu elmi-tədqiqatları, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyəti və ölkədə tarix elminin inkişafına göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir