www.science.az
19.05.2015 06:48

“Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçiriləcək

Mayın 20-də saat 14:00-da “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə AMEA Tarix İnstitutunun və Bakı şəhər 311 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə “Qacarların Azərbaycanın siyasi həyatında rolu”, “Görkəmli Azərbaycan sərkərdəsi və dövlət xadimi Ağa Məhəmməd şah Qacar”, “Görkəmli Azərbaycan sərkərdəsi Abbas Mirzə Qacar” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., Sabunçu rayonu, Şəhər şosesi, döngə 6.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir