Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Asiya Fəlsəfə Assosiasiyasının 8-ci beynəlxalq konqresində iştirak ediblər
19.05.2015 04:32
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Asiya Fəlsəfə Assosiasiyasının 8-ci beynəlxalq konqresində iştirak ediblər

Asiya Fəlsəfə Assosiasiyasının növbəti 8-ci beynəlxalq konqresi - (International Congress of Asian Philosophy Association- ICAPA) keçirilib.

Hər il Asiyanın müxtəlif ölkələrində təşkil edilən tədbirə bu il Türkiyənin İsparta şəhərindəki Süleyman Dəmirəl Universiteti ev sahibliyi edib. 20-yə yaxın Asiya ölkəsindən nümayəndə heyətlərinin qatıldığı konqresin əsas mövzusu “Dünya mədəniyyətləri və dünya birliyinin perspektivlərinin Asiya təzahürləri” idi.

Beynəlxalq tədbirdə ölkəmizi Beynəlxalq Fəlsəfi Araşdırmaları Assosiasiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə təmsil ediblər.

Konqresin ilk günü “Sosio-iqtisadi perspektivlərdə Asiya mədəniyyətləri” bölməsində S.Xəlilovun “Qərb sivilizasiyası” ideoloji və geosiyasi faktor kimi”, “Mədəniyyət perspektivləri və dünya sivilizasiyaları” bölməsində isə K.Bünyadzadənin “Şərqin XIX əsr renessasında ideya və reallıq” mövzularında məruzələri dinlənilib.

Konqresin növbəti toplantısında K.Bünyadzadə “Yeni minillikdə Asiya cəmiyyətlərinin antropologiyası” adlı bölməyə başçılıq edib.

Konqresin yekun iclasında çıxış edən S. Xəlilov tədbirin işini yüksək dəyərləndirərək, Assosiasiyanın Asiya fəlsəfəsinin tanınmasında və inkişafında böyük rol oynadığını qeyd edib.

Sonda Asiya Fəlsəfə Assosiasiyasının yeni İdarə Heyəti seçilib. K. Bünyadzadə bu mötəbər təşkilatın vitse-prezidenti seçilib.

Təşkilatın növbəti 9-cu konqresinin Vyetnamın Sayqon şəhərində keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: