Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.05.2015 13:46
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurası növbəti memorandumu imzalayıb

AMEA Gənc Alim və Mütəxəssislər Şurası növbəti memorandumu imzalayıb

Mayın 18-də AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Hər iki qurumun səlahiyyətli nümayəndələrinin işitrak etdiyi toplantını giriş sözü ilə açan AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, birliyin strukturunda Aqrar Elmlər Bölməsi fəaliyyət göstərir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi amili də Şuranın fəaliyyətinə öz təsirini göstərmişdir. Şura öz fəaliyyətini ümumilli strategiyaya uyğun təşkil edir. Qeyd olunanlarla əlaqədar, bu gün AR Kənd Təsərrüfatı Nazirliyinin əsas elmi müəssisəsinin Gənc Alimlər Şurası ilə memorandumun imzalanması Azərbaycanda aqrar sahədə aparılan elmi-tədqiqatların mütərəqqiliyini təmin etmək və eyni profil üzrə araşdırmalar aparan gənc elm adamlarının birgə fəaliyyətinin bərqərar olunması baxımından əhəmiyyətli hadisədir.

Sonra AR Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Gənc Alimlər Şurasının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev rəhbərlik etdiyi şuranın sturkturu və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, yeni formalaşan birlik Azərbaycanda kənd təssürafatı sahəsində mövcud əksər təhsil ocaqları və elmi-tədqiqat müəssisələrinin gənc tədqiqatçılarının fəaliyyətini koordinasiya edir. Qeyd edib ki, belə məsuliyyətli işlərin sistemli şəkildə həyata keçirilməsi üçün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təcrübəsindən yararlanmaq daha məqsədə müvafiq olardı. Güman edirəm ki, imzalanan memorandum belə məsələlərin həll olunmasına və hər iki qurumun əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsinə töhfə verəcəkdir.

Daha sonra çıxış edən AMEA Aqrar Elmləri Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının  elmi katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent İzzət Talıbov təmsil etdiyi bölmə haqqında  məlumat verib. Bildirib ki, qarşı tərəflə əməkdaşlıq çərçivəsində görüləcək işləri müvafiq bölmə kimi yüksək səviyyədə koordinasiya edəcək.

Sonda iki qurum arasında müvafiq istiqamətlər üzrə elmi-ictimai əlaqələrin yaradılmasını təmin edəcək, gənc tədqiqatçıların fəaliyyətinin artırılması üçün onlara metodiki və informasiya dəstəyinin verilməsini reallaşdıracaq memorandum səlahiyyətli nümayəndələr tərəfindən imzalanıb.

www.gencalimler.az

 

  • Paylaş: