Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Rauf Qardaşovun məqaləsi impakt faktorlu "İnternational Journal of Remote Sensing" jurnalında dərc edilib
18.05.2015 10:22
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Rauf Qardaşovun məqaləsi impakt faktorlu "İnternational Journal of Remote Sensing" jurnalında dərc edilib

AMEA Coğrafiya İnstitutunun Xəzər dənizi problemləri  şöbəsinin əməkdaşı, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun “Determination of sunglint location and its characteristics on observation from a METEOSAT 9 satellite” ("METEOSAT 9 peykindən müşahidə zamanı günəş parıltısının yerinin ve xarakteristikalarının müəyyən edilməsi) adlı məqaləsi impakt faktorlu "İnternational Journal of Remote  Sensing" jurnalında  dərc edilib.

Məqalədə Geostasionar peykdən müşahidə zamanı okean səthində günəş parıltısının yerini iki parametrə (Qrinviç vaxtı və peykin uzunluq dairəsi) görə tapmağa imkan verən metod işlənmişdir. Metod üç mərhələdən ibarətdir. İlk olaraq Kepler tənliyinin həlli əsasında Yer kürəsinin orbitdəki yeri müəyyən edilir.  İkinsi mərhələdə verilən an üçün Günəş, Yer və Peykin qarşılıqlı  mövqeyi müəyyən edilir, sonuncu mərhələdə isə günəş parıltisinin əsas nöqtəsinin en dairəsi və uzunluq dairəsi təyin olunur. Bu metod METEOSAT 9 peykindən əldə edilən səkillərdə günəş parıltısının coğrafi koordinatlarının və xassələrinin təyini üçün tətbiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: