Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan astronomları İran İslam Respublikasında təcrübə mübadiləsi aparıblar
14.05.2015 13:24
  • A-
  • A
  • A+

Azərbaycan astronomları İran İslam Respublikasında təcrübə mübadiləsi aparıblar

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və elmi işçi Abbasəli Rüstəmov Tehran Universitetinin Geofizika İnstitutunun dəvəti ilə İran İslam Respublikasında elmi ezamiyyətdə olublar.

Ezamiyyət müddətində Azərbaycan astronomları institutun seysmologiya və təqvim mərkəzlərinin fəaliyyəti ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.

Sonra Azərbaycan alimləri Qum şəhərində təqvim məsələlərinə həsr olunan konfransda iştirak ediblər.

Konfransda Ə.Quliyev “Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyəti və əsas inkişaf mərhələləri” mövzusunda məruzə ilə çıxış edib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: