Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.05.2015 12:04
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Çində keçirilmiş beynəlxalq tədbirdə iştirak ediblər

Azərbaycanlı alimlər Çində keçirilmiş beynəlxalq tədbirdə iştirak ediblər

AMEA Geologiya və Geofizika İnstitutunun Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev və Azərbaycan Dövlət Neft Akademiyasının Geofiziki kəşfiyyat üsulları kafedrasının müdiri, akademik Pərviz Məmmədov Çinin Henan əyalətində “Sənayedə yeniliklər – dünya iqtisadiyyatının inkişafına yeni təkan” mövzusunda III Dünya sammitində iştirak ediblər.

Asiya – Sakit Okean Regionu üzrə Rəhbər Şəxslərin Dünya Assosiasiyası tərəfindən təşkil olunan üçgünlük beynəlxalq tədbirə 30-dan çox ölkə, o cümlədən ABŞ, Kanada, Almaniya, İtaliya, Avstriya, Monqolustan, Avstraliya və başqa dövlətləri təmsil edən 400-dən çox iş adamı, alim, mütəxəssis və siyasi xadim qatılıb.

Sammitdə informasiya-kommunikasiya texnologiyaları, istehsalat maşınları, intellektual dəzgahlar, alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələri, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində müasir texnologiyalar, yeni dərmanlar və digər yaradıcı sahələr üzrə nailiyyətlərdən bəhs olunub.

Azərbaycan alimləri tədbirə assosiasiyanın baş icraçı sədri Zheng Xiongvey və Henan əyalətinin icra başçısı Xie Fuzha tərəfindən dəvət olunublar. Onlar sammitdə iştirak edən müxtəlif şirkətlərin rəhbərləri ilə görüşüb, müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: