Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

2015-ci il üzrə sərgilərin icra vəziyyəti ilə bağlı iclas keçirilib
14.05.2015 12:58
  • A-
  • A
  • A+

2015-ci il üzrə sərgilərin icra vəziyyəti ilə bağlı iclas keçirilib

AMEA Rəyasət Heyətində 2015-ci il üzrə sərgilərin icra vəziyyəti ilə bağlı iclas keçirilib.

İclasda sərgi rəhbəri, Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, elmi müəssisə və təşkilatların gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.

Əvvəlcə İtaliyada keçirilən "Milan EKSPO-2015"-də Azərbaycanın təmsil olunduğu mövzu və istiqamətlərdən danışan Nuridə Quliyeva fəlsəfi düşüncə tərzini özündə əks etdirən, cəlbedici sahələr üzərində qurulan 145 dövlətin qatılacağı sərgidə ölkəmizə böyük diqqət ayrıldığını vurğulayıb. 

Qeyd olunub ki, beynəlxalq sərgidə “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan milli pavilyon Azərbaycan rənglərdə, Azərbaycan simaları, bölgə mətbəxləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, təbii ehtiyatlara qənaət və s. mövzulardan bəhs edir. Azərbaycanın tarixini də tərənnüm edən pavilyonda Azərbaycan və ingilis dillərində təqdimatlar keçiriləcəyini deyən N.Quliyeva Heydər Əliyev Mərkəzinin dəstəyilə hazırlanan milli pavilyonun 1800 kvadrat metr sahəni əhatə etdiyini bildirib.

Eyni zamanda, tədbirdə digər sərgilərə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. "XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi"ndə akademiya üçün ayrılan məkanda institut və təşkilatların yerləşdirilmə eskizi nümayiş olunub. İl ərzində təşkil ediləcək sərgilərdə təqdim olunması planlaşdırılan məhsulların hazırki icra vəziyyəti müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: