www.science.az
02.12.2013 00:00

Azərbaycanda palçıq vulkanlarının helikopterlə tədqiqi həyata keçirilib

AMEA

Geologiya İnstitutu

ölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib.

“Dünya palçıq vulkanları” atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilmiş aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb. Tədqiqatlar zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar alınıb.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor

Adil Əliyevin

sözlərinə görə, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.

Məlumatı AMEAGeologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.