Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanlı alim beynəlxalq elmi simpoziumda məruzə edəcək
14.05.2015 08:18
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq elmi simpoziumda məruzə edəcək

AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı mayın 14-də Türkiyənin Mərmərə, mayın 15-də isə Bayburt universitetlərində keçiriləcək beynəlxalq elmi simpoziumda “Birinci Dünya müharibəsi illərində erməni silahlı bandalarının hazırlanması və fəaliyyətləri (Rusiya və Gürcüstan arxiv mənbələrinə əsasən)” mövzusunda məruzə ilə çıxış edəcək.

Məruzədə ən mötəbər arxiv mənbələrinə istinadən erməni silahlı bandalarının hazırlanması və dinc əhaliyə qarşı törədilən qırğınlar təhlil ediləcək.

Bayburt Universitetində keçiriləcək konfransda professor Musa Qasımlı panel iclaslardan birinə sədrlik edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: