Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ümummilli  lider  Heydər  Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə sərgi təşkil edilib
07.05.2015 11:32
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə sərgi təşkil edilib

Parlaq zəkalı  dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli  lideri  Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Heydər Əliyev-92” adlı ənənəvi və virtual ədəbiyyat sərgisi təşkil edilib.

Sərgidə dahi öndərimiz tərəfindən muzeyə göstərilən  qayğı və dəstəyi əks etdirən  sənədlər, muzeyin nəşrləri və s. eksponatlar  nümayiş olunur.

Sərgidə muzeyin fondunda saxlanılan  Heydər Əliyevin  “Müstəqilliyimiz əbədidir” çoxcildliyi, həmin çoxcildliyin 2 cildlik  elmi  biblioqrafik  göstəricisi, fil.ü.e.d. Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiyası, Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinin açılış mərasimini gerçəkləşdirmək üçün Naxçıvana gedən Heydər Əliyevin  həyatının  çox dəyərli üç gününü əks etdirən “Ömrün üç günü”, Cavidin  xatirəsinin əbədiləşdirilməsində  Heydər  Əliyevin misilsiz xidmətlərinin yer aldığı “Hüseyn Cavid” adlı albom kitabları nümayiş etdirilir. Həmçinin “Azərbaycan oxusun” kitabı,  ulu öndərin ədəbiyyat, incəsənət xadimləri ilə çoxsaylı görüşlərini əks etdirən “Heydər Əliyev Mədəniyyətimizin keşiyində” 2 cildlik kitabı, “Prezident 93-97”  xronika  kitabı, “Prezident İlham Əliyev və mədəniyyət 2003-2008” 2  cildlik kitabları sərgilənir.

Eyni zamanda, dahi lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən dramaturq Hüseyn Cavidlə bağlı imzalanmış rəsmi sənədlər,  “Heydər Əliyev və Hüseyn Cavid” adlı  rəsm əsəri və bir çox dəyərli eksponatlar da sərgidə yer alır.

Sərgi may ayının sonuna kimi ziyarətçilər üçün açıq olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

 

  • Paylaş: