www.science.az
08.05.2015 09:03

Ulu öndər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 8-də AMEA-nın Təcrübə-Sənaye Zavodunda anım mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan zavodun direktoru Vasif Abbasov dahi liderin ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirildiyini, müasir Azərbaycan dövlətinin qurulduğunu və xalqımızın müstəqillik arzusuna çatdığını bildirib.

H.Əliyevin elmimizin inkişafı istiqamətində gördüyü işlərdən danışan V.Abbasov qeyd edib ki, hazırda ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə AMEA öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Sonda tədbir iştirakçıları zavodun Heydər Əliyev güşəsini ziyarət edərək, dahi liderin büstu qarşısına gül dəstələri düzüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir