Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2015 09:30
  • A-
  • A
  • A+

Hüquq və Kadrlar İdarəsinin növbəti seminarı keçirilib

Hüquq və Kadrlar İdarəsinin növbəti seminarı keçirilib

Mayın 6-da AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar İdarəsinin növbəti seminarı keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş tədbirdə akademiyanın institut və təşkilatlarının kadrlar şöbələrinin rəisləri iştirak ediblər.

Seminarı giriş sözü açan Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli qərarının və digər normativ hüquqi aktların icrası barədə ətraflı məlumat verib. Bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında əməkdaşların əmək icra intizamı qaydalarına riayət etməsi, iş günü ərzində işçiyə icazənin verilməsi qaydaları və əməkdaşların əvəzçilik üzrə başqa iş yerlərində çalışması məsələləri Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun həyata keçirilməlidir.

Tədbirdə, həmçinin əmək müqavilələrinin bağlanmasının əsasları və qaydası, Hüquq və Kadrlar İdarəsi tərəfindən AMEA-nın elmi müəssisələrində aparılan praktiki və metodiki köməklik zamanı aşkar olunmuş nöqsanlar barədə müzakirələr aparıldı.

Tədbirdə seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: