Mayın 5-də “PAŞA Holdinq”in İnvestisiya və Layihələr Departamentinin direktoru Nəriman Sərdarlı və investisiya üzrə meneceri Ülvi Bağırov AMEA ilə holdinq arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə akademiyanın bir sıra institut və təşkilatlarında olublar. Görüş AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Holdinqin nümayəndələri AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Fizika, Geologiya və Geofizika institutları, həmçinin Təcrübə-Sənaye Zavodunun fəaliyyəti ilə yaxından tanış olublar. Akademiyanın innovasiya potensialının öyrənilməsi istiqamətində təşkil edilmiş turda qonaqlara adıçəkilən institut və təşkilatlarda müasir, innovativ və investisiya cəlb edilməsi mümkün olan layihələr barədə məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir