Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi
19.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. Tədbirdə institutun Elmi Şurasının üzvləri və gənc mütəxəssislər iştirak edirdilər. İclası giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmləri doktoru, professor İlham Məmmədzadə institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya elminə inteqrasiyası, fəlsəfə və hüquq elmləri üzrə yeni elm sahələrinin Azərbaycanda inkişaf etdirilməsi, məqalələrin xarici jurnallarda dərc olunması, həmçinin bacarıqlı və istedadlı gənclərin elmə cəlb edilməsi haqda məlumat verdi. Bildirdi ki, institutda çalışan gənclərin böyük əksəriyyəti xarici dilləri bilməklə yanaşı, beynəlxalq proqramlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırlar. Direktor onu da qeyd etdi ki, hazırda institutda çalışan gənclərin sayı təxminən 60-a yaxındır. Alim gənc tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini qeyd etdi. Şuranın yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən danışan İ.Məmmədzadə elmi qurumda çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini nəzərə çatdırdı. İclasda iştirak edən institutun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva bildirdi ki, FSHİ-da kifayət qədər gənc tədqiqatçı çalışır. R.Rzayeva müasir elmin öz tələbləri olduğunu, bu səbəbdən son dövr ərzində respublikada bir sıra dövlət proqramının qəbul olunduğunu qeyd etdi. Bu zərurətdən yaranan “Azərbaycan Respublikasının 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı “Tədbirlər Planı"nda Elmlər Akademiyası və onun institutlarının dünyanın qabaqcıl ölkələrinin elm sisteminə inteqrasiya olunması üçün geniş imkanların yaradılması nəzərdə tutulduğunu, bu istiqamətdə qəbul edilən proqramlarda gənclərə xüsusi yerin ayrıldığını, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərə olan diqqətin öz əksini tapdığından bəhs etdi. R.Rzayeva qeyd etdi ki, “AMEA Rəyasət Heyəti ölkə başçısının elm və gəncliklə bağlı siyasətini rəhbər tutaraq gənc elmi kadrların hazırlığına diqqəti artırmış, onların effektiv fəaliyyət göstərmələri üçün müvafiq qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsini nəzərdə tutan tədbirlər çərçivəsində gənclərin potensialının inkişaf etdirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın Gənc alim və mütəxəssislər şurasının yaradılmasını qərara alıb. Tədbirdə iştirak edən fəlsəfə üzrə fəlsəfə doktorları Gündüz Süleymanov, Hüseyn İbrahimov, Ağasəlim Həsənov, hüquq elmləri doktoru Xaliq Əhmədov, Humay Axundzadə və başqaları qarşıda duran problemlərdən, gələcək planlarından danışdılar. Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildilər. İdarə heyətinin tərkibi 8 nəfərdən ibarət olmaqla şuranın sədri fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva, müavini fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanov, katibi Yasmina Məlikova seçildilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir

 

  • Paylaş: