Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Murtuza Nağıyevin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil edilib
06.05.2015 00:00
  • A-
  • A
  • A+

Akademik Murtuza Nağıyevin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil edilib

Mayın 5-də AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda akademik Murtuza Nağıyevin anadan olmasının 107-ci ildönümü münasibətilə sərgi təşkil edilib.

AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, Kimya Elmlər Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və institutun laboratoriya müdirləri sərgi ilə tanış olublar.

Sərgidə görkəmli alimin elmi əsərləri, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: