www.science.az
05.05.2015 00:00

Azərbaycanlı fəlsəfə doktorları üçün Koreya Respublikasında elmi-tədqiqatlar aparmaq məqsədilə təqaüd proqramı elan olunur

Koreya Milli Tədqiqatlar Fondu (National Research Foundation of Korea - NRF) 40 yaşınadək azərbaycanlı fəlsəfə doktorlarına Koreya Respublikasının universitet və institutlarında ixtisasları üzrə araşdırmalar aparmaq üçün təqaüd təminatı verir. 

6 ay və ya 1 illik təqaüd proqramına müraciət üçün son tarix 26 may 2015-ci il təyin edilmişdir. Elmi ezamiyyət 1 iyul - 31 avqust 2015-ci il tarixlərdə başlanır. 

Təqaüdün aylıq məbləği 2 mln KRW (1950 AZN) təşkil edir.