www.science.az
14.03.2015 00:00

S.R.Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında AR Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 14 mart 2015-ci il.