www.science.az
19.11.2013 00:00

“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Noyabrın 21-də saat 10:00-da AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək. YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin iştirakı gözlənilir. Qeyd edək ki, tədbir AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil olunacaq.
 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.