Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.03.2015 00:00
  • A-
  • A
  • A+

“Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirildi

“Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirildi

Martın 13-də AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirildi.

Tədbiri giriş sözü ilə bu elmi müəssisənin direktoru, akademik Tofiq Hacıyevaçaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açdı. Akademik Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək məqsədilə institut əməkdaşları tərəfindən ölkə saytlarında ədəbi dilin normalarının qorunması istiqamətində monitorinqlərin aparıldığını bildirdi. T.Hacıyev dil nöqsanlarının aradan qaldırılması işinə kömək edəcək “Qaynar xətt”in işə salınacağı barədə də məlumat verdi. Bildirildi ki, hazırda AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin xəttin tezliklə işə salınmasına çalışır.

Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verdi.

İnstitutun aparıcı işçisi Nəzakət Qaziyeva saytların dili üzərində aparılan monitorinqlərin nəticələri və müşahidə olunan dil qüsurları haqqında danışdı.

Sonda KİV nümayəndələrinin sualları cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: