Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanda yerli heyvan genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə respublika seminarı keçirilib
13.03.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycanda yerli heyvan genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə respublika seminarı keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunda Azərbaycanda yerli heyvan genetik ehtiyatlarının (HGE) mühafizəsi və səmərəli istifadəsi üzrə respublika seminarı keçirilib. Tədbir bu elmi müəssisənin və AR Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Seminarda institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov heyvan genetik ehtiyatlarının, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin qorunub saxlanmasının mühüm əhəmiyyətindən, bu sahədə koordinasiya işinin gücləndirilməsinin vacibliyindən söz açıb.

 Sonra biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov yerli heyvan genetik ehtiyatları barədə təqdimatla çıxış edib.

Seminar iştirakçıları HGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə Milli Strategiyanın institutun və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihəsini müzakirə edib, rəy və təkliflərini bildiriblər. Onlar bu cür tədbirlərin keçirilməsində GEİ-nin göstərdiyi təşəbbüskarlıqdan və yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: