Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikasına həsr olunmuş beynəlxalq tədbir keçiriləcək
04.05.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikasına həsr olunmuş beynəlxalq tədbir keçiriləcək

14-16-iyul 2015-ci il tarixlərində Bakı şəhərində Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizlik və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ mövzusunda layihə üzrə əldə olunmuş nəticələrin müzakirəsi, yayılması və mümkün tətbiqinə həsr olunmuş yekun Beynəlxalq seminar keçiriləcək.

AMEA  Botanika İnstitutu Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etmək istəyən gənc tədqiqatçılar, doktorantlar, tələbələr, ekoloqlar, fermerlər  elektron ərizə formasını 15 iyun 2015-ci il tarixinədək i_guseinova@mail.ru elektron ünvanına göndərmələri xahiş olunur.

Faks: (+994 12) 5102433

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: