Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Frankfurt Sülh Araşdırmaları İnstitutunun əməkdaşı Əlyazmalar İnstitutunda olub
17.03.2015 00:00
  • A-
  • A
  • A+

Frankfurt Sülh Araşdırmaları İnstitutunun əməkdaşı Əlyazmalar İnstitutunda olub

Martın 16-da Frankfurt Sülh Araşdırmaları İnstitutunun əməkdaşı, sosial elmlər doktoru Azər Babayev AMEA Əlyazmalar İnstitutunda olub. 

Görüşdə institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov Almaniya ilə Azərbaycan arasında elmi əlaqələrdə Əlyazmalar İnstitutunun rolu və bu istiqamətdə görülən işlərdən söz açıblar. Görüşdə, həmçinin birgə fəaliyyətlə bağlı perspektiv planlar müzakirə olunub. 

Sərgi zalı ilə tanış olan qonağa institutda saxlanılan bəzi miniatür, ornamentli nadir əlyazmalar, qədim çap kitabları, müxtəlif elm sahələrinə aid mənbələr barədə məlumat verilib. 

Sonda Əlyazmalar İnstitutunun ötən il yenidən nəşr etdirdiyi XIX əsr alman tədqiqatçısı Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə...” əsəri qonağa hədiyyə edilib. P.Kərimov bildirib ki, bu nəşr Avropada çap olunan ilk anadilli kitabımızdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: