www.science.az
16.03.2015 00:00

Neandertal insana məxsus boyunbağı (və ya qolbaq) aşkar edilib

Neandertal insana məxsus bu əşya həm boyunbağı, həm də qolbağa bənzəyir. Tapıntıya məxsus qalıqlar Xorvatiya ərazisindəki Xuşniyakov mağarasında aşkar edilib.

Mikroskop altında tədqiq edilərkən tapıntının uran izotoplarının sayına əsasən yaşı təyin edilib. Eramızdan 130, 000 min il əvvələ məxsus bu cəvahirat nümunəsi ağ quyruqlu qartalların dırnaqlarından hazırlanıb. Bu qartallara həm də dəniz qartalları deyilir. Alimlərin fikrincə, qədim Neandertallar bu qartalı güc və gözəllik simvolu hesab ediblər.

Qeyd edək ki, Neandertal insan tərəfindən hazırlanmış bu cəvahirat bütün Homo nəsli üçün ən qədim bəzək əşyası sayılır.

Əgər bu dırnaqlar həqiqətən də boyunbağı və yaxud qolbaq elementi olaraq istifadə edilibsə, bu halda bəzi antropoloqlar arasında Neandertal insanın mücərrəd düşüncəyə malik olmaması haqda ideyaları şübhə altına düşür.

www.news.discovery.com