Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı işıq üzü görüb
16.03.2015 00:00
  • A-
  • A
  • A+

“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı işıq üzü görüb

AMEA Folklor İnstitutunun dövrü nəşrlərindən olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 51-ci sayı işıq üzü görüb.

İldə dörd sayı çapdan çıxan bu elmi-ədəbi toplunun əsas hissəsini qorqudşünaslıq, eləcə də folklorşünaslığa dair yeni araşdırmalar təşkil edir.

Toplunun bu sayında folklorşünas alimlərin “Siyasi lətifələrdə gizlənən tarixi həqiqətlər”, “Dədə Qorqud kitabı” – qədim Oğuz eposunun Azərbaycan variantı”, “Oğuz mifi: yeni araşdırmalar, yeni müddəalar”, “Türk və slavyan sehrli nağıllarında başlanğıc – giriş formulları”, “Türk ninnilərindəki qohumluq əlaqələri ilə bağlı sözlər”, “Azərbaycan mərasim folklorunun regional xüsusiyyətləri”, “Şirvan folklor mühitində mərasim folklorunun janr spesifikası”, “Zəngilanın el şairi Şıx Məhəmməd Bağban”, “Qurbannazar Əzizovun şeirlərində folklor ünsürləri” və digər məqalələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: