www.science.az
27.11.2013 00:00

Akademik İbrahim Quliyev Moskvada keçirilən beynəlxalq konfransda iştirak edir

27-30 noyabr 2013-cü il tarixlərdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Moskva şəhərində keçirilən XX Qubkin qiraətləri “Neft və qaz yataqlarının axtarış, kəşfiyyat və işlənilməsinin innovasiya texnologiyalarının fundamental bazisi və Rusiyanın yanacaq-energetika kompleksinin resurs bazasının inkişafının prioritet istiqamətləri” adlı beynəlxalq konfransda iştirak edir.

Konfransda alimin “İfrat dərinliklərin karbohidrogen sistemləri: neft və qaz potensialının qiymətləndirmə texnologiyasının işlənilməsi” adlı plenar məruzəsinin dinlənilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.