www.science.az
10.03.2015 00:00

Fiziklər işığın ikili xarakterini müəyyən ediblər

XVII əsrdən etibarən fiziklər işıq nədir sualına cavab axtarmağa çalışıblar. Müəyyən hallarda işıq dalğa xüsusiyyətlərinə malikdir, digər hallarda isə özünü hissəcik kimi biruzə verir. Kvant fizikası meydana gəldikdən sonra məşhur fiziklərin işiğın təbiəti haqqında gedən mübahisələrinə son qoyuldu. İşığın həm hissəcik, həm də dalğa olduğu sübut edildi.

Fiziklər işıqla bağlı bir çox təcrübə keçiriblər. Keçirilmiş sınaqlar zamanı işıq ya dalğa, ya da hissəcik kimi müşahidə olunmuşdur. Belə ki, işıq hissəcik xüsusiyyətini fotoeffekt hadisəsində biruzə verir. Bu hadisə elektrik enerjisi ilə kalkulyatorları və peyk aparatını qidalandıran günəş batareyalarının elementlərində istifadə olunur. Lakin nazik yağ pərdəsiylə örtülmüş suda müxtəlif rəngli ləkələrin müşahidəsi interferensiya adlanan klassik dalğavari davranışın təzahürüdür. Lozanna federal politexnik məktəbində çalışan fiziklər təcrübə apararaq ilk dəfə işığın eyni zamanda həm hissəcik, həm də dalğa xüsusiyyətlərini üzə çıxarmağa müvəffəq olublar...

www.nkj.ru