Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Mərkəzi Elmi Kitabxanasının doktorantı I Avrasiya Çoxsahəli Forumunda iştirak edib
29.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasının doktorantı I Avrasiya Çoxsahəli Forumunda iştirak edib

AMEA Mərkəzi Elmi Kitabxanasının doktorantı Təranə Mirzəyeva Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş I Avrasiya Çoxsahəli Forumunda (EMF 2013) iştirak edib. Forum Avropa Elm İnstitutu, Azor Universiteti (Portuqaliya) və Grigol Robakidze Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Əsas məqsəd müxtəlif akademik sahələr üzrə əldə olunmuş elmi nailiyyətləri nümayiş etdirmək olub.

Forumda ölkəmizi təmsil edən T.Mirzəyeva “Nobel qardaşlarının həyatında Azərbaycan neftinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, qəbul edilmiş bütün məqalələr Cənubi Avropanın ən nüfuzlu beynəlxalq elmi jurnallarından olan Avropa Elm Jurnalının (

The European Scientific Journal

) xüsusi buraxılışında dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: