Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“SEAB – 2015. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək
30.04.2015 00:00
  • A-
  • A
  • A+

“SEAB – 2015. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək

İyunun 1-dən 5-dək AMEA Dendrologiya İnstitutunda “SEAB – 2015. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Simpozium AMEA, Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Beynəlxalq simpoziumun keçirilməsinin əsas məqsədi Azərbaycanda elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək müzakirələr aparmasıdır. Konfransda, həmçinin Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlif irsin qorunması mövzuları əsas müzakirə obyekti olacaqdır. Konfransda 100-dən çox elmi əməkdaş təqdimatla çıxış edəcək.

Seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında Avrasiyada biomüxtəliflik simpoziumu adı altında dərc ediləcək.

Konfrans çərçivəsində muzeylərə, Dendroloji parka, Mərkəzi Nəbatat bağına səyahətlərin təşkili nəzərdə tutulur.

Növbəti illərdə simpoziumların müvafiq olaraq Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilməsi nəzərdə tutulur.

Əlaqə nömrələri: (+994 12) 4541050, (+994 51) 3290100

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: