Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Polimer Materialları İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
04.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Polimer Materialları İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA Polimer Materialları İnstitutu struktur dəyişikliyi ilə əlaqədar vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər Monomerlərin və polimerlərin stereokimyası, Heterotsiklik birləşmələr, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı, İşığahəssas və optiki şəffaf polimer materiallar, Makromonomer əsaslı polimer materiallar, Biomimetik polimer materiallar, Polimerlərə kimyəvi əlavələr və polimer gellər, Aqrokimya təyinatlı polimer materiallar laboratoriyalarına laboratoriya müdiri, Xüsusi təyinatlı oliqomerlər və polimerlər, Poliefir və polikarbonat materiallar, Yüksək şaxələnmiş polimerlər, Fiziki-kimyəvi analiz laboratoriyalarına laboratoriya müdiri və aparıcı elmi işçi, Nanopolimer kompozitlər laboratoriyasına laboratoriya müdiri və baş elmi işçi, İnformasiya telekommunikasiya və nəşriyyat işləri şöbəsi üzrə müdir vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: