Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın illik Ümumi yığıncağı keçiriləcək
26.04.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın illik Ümumi yığıncağı keçiriləcək

Aprel ayının 29-da saat 10:00-da AMEA Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçiriləcək. Tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.

Yığıncaqda Elmi nailiyyətlər sərgisi də nümayiş olunacaq.

 Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 30.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: