Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fiziologiya İnstitutunda  keçirilən tədbirdə Zərifə xanım Əliyevanın tibb elminə verdiyi töhfələrdən danışılıb
26.04.2015 00:00
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda keçirilən tədbirdə Zərifə xanım Əliyevanın tibb elminə verdiyi töhfələrdən danışılıb

AMEA Fiziologiya İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə akademik Z.Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova ömrünü Azərbaycan oftalmologiya elminin inkişafına həsr etmiş görkəmli alim, Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıb. Tədbirdə Z.Əliyevanın təşəbbüsü ilə institutda yaradılmış Peşə patologiyası və fiziologiyası elmi-tədqiqat laboratoriyasının fəaliyyəti xüsusi vurğulanıb.

Sonra bu elmi müəssisənin Hüceyrə metabolizminin biofizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev görkəmli alimin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, bu gün institutun bir neçə laboratoriyası göz büllurunun şəffaflığının qorunması,  görmə funksiyasının pozulması ilə bağlı aparılan tədqiqatlar zamanı Zərifə Əliyevanın oftalmologiyada açdığı yollardan, bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən bəhrələnir.

Tədbirdə çıxış edən institut əməkdaşları Zərifə Əliyevanı görkəmli alim, böyük şəxsiyyət kimi səciyyələndirən xüsusiyyətlərdən söz açıblar. Bildiriblər ki, Zərifə xanım görkəmli oftalmoloq olmaqla yanaşı, həm də gözəl pedaqoq və ictimai xadim olmuşdur.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

 

  • Paylaş: