Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində seminar-məşğələ keçirildi

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində seminar-məşğələ keçirildi

27 noyabr 2013-cü il tarixdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının

II Xüsusi şöbəsində

bron edilmiş hərbi vəzifəlilərin hesabatının hazırlanmasını təmin etmək məqsədilə hərbi uçot və bron etmə işlərini icra edən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları ilə seminar-məşğələ keçirildi.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərini aparan əməkdaşlar, AR İqtisadiyyat və Sənaye Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. AMEA Rəyasət Heyətinin AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçot və bron etmə işlərinin vəziyyəti və bu sahədə illik hesabatların hazırlanması haqqında 22 oktyabr 2013-cü il tarixli Sərəncamını xatırladan E.Quliyev uçot və bron etmə işlərinin mütəmadi olaraq aparıldığını diqqətə çatdırdı.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Bəhruz Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin nümayəndəsi, polkovnik-leytenant Malik Məmmədov AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçot və bron etmə işlərinin vəziyyəti barədə və bu sahədə çalışan işçilərin hesabatlarının hazırlanması qaydalarının təkmilləşdirilməsi haqqında göstərişlərlə çıxış etdilər.

Seminarın ikinci hissəsində şöbənin baş mütəxəssisi, mayor Cahid Hüseynov iştirakçılara hesabatların aparılması qaydalarını izah etdi.

Sonda AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının sualları cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: