Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Kütlə spektroskopiyası“ mövzusunda elmi seminar keçiriləcək
26.04.2015 00:00
  • A-
  • A
  • A+

“Kütlə spektroskopiyası“ mövzusunda elmi seminar keçiriləcək

Aprelin 29-da  saat 10:00-da  AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda mexanika, optika və elektronika sahəsində dünyanın aparıcı şirkətlərindən  olan  OPTEK şirkəti ilə birgə “Kütlə spektroskopiyası“ mövzusunda elmi seminar keçiriləcək.

Tədbirdə şirkətin Fransadan olan aparıcı mütəxəssisləri Yevgeniy Norman və  Filipp Salo mövzu üzrə məruzələrlə çıxış edəcəklər.

Seminarda AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan institutların, həmçinin Geologiya və Geofizika, Fizika, Radiasiya Problemləri institutlarının, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının alim və mütəxəssisləri iştirak edəcəklər.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

 

  • Paylaş: