Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzinin direktoru Rumıniyada keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
22.04.2015 00:00
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin direktoru Rumıniyada keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

Rumıniyanın Sinaya şəhərində Buxarest Biomühəndislik, Biotexnologiya və Ətraf Mühit Elmi-Tədqiqat İnstitutu və Bolqarıstanın Xəzər dənizi Mərkəzi Asiya İpək Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Üzvi kənd təsərrüfatı: mövcud vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq konfrans keçirilib.

Tədbirdə ipəkçiliklə məşğul olan dünyanın aparıcı ölkələrindən Çin, Yaponiya, Türkiyə, Rusiya , Özbəkistan və s. dəvət almış alim və mütəxəssislər iştirak ediblər.

Konfransa ölkəmizi təmsil edən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü “Cütləşmə dövründə sabit maqnit sahəsində baramanın cinsiyyətinin tənzimlənməsi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: